QƏRBİ AZƏRBAYCANDAN ŞƏRQİ AZƏRBAYCANA GEDƏN YOLLARI BAĞLADILAR!
13.01.2000

Təbrizdə baş vermiş hadisələr, eyniylə başqa şəhərlərə də yayılmaqdadır. Dünən Urmiyə şəhərində yüzlərlə şəhər sakininin iştirakı ilə mitinq keçirilmişdir. Onlar doktor Çehreqani ilə həmrəy olduqlarını bildirmişlər. Əllərində götürdükləri plakatlarda bu söz yazılmışdır: «Çehreqaninin tapdalanmış hüquqları bərpa edilməsə, Urmiyədə seçgi keçirilməyəcək»!
CAMAH-ın Urmiyə komitəsindən verilmiş həmin məlumatda, Qərbi Azərbaycandan Şərqi Azərbaycana gedən əsas yol, dünən günortadan bağlanıb. Maşınlar saxlanılır, sənədlər yoxlanılır, şübhəli adamlar tutulur, Şərqi Azərbaycana hansı niyyətlə getmək istədiyini izah edə biməyən yolcular isə geri qaytarılar.